Yeni tədris ilində yarım milyona yaxın şagird Bakıda məktəbə gedəcək

Yeni tədris ilində yarım milyona yaxın şagird Bakıda məktəbə gedəcək
Elm və təhsil
13.09.2023 12:10
Aa
dəq

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 481 131 şagird təhsil alacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə 34 995 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 23 000-ə yaxın beşyaşlının cəlb olunacağı gözlənilir.

2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 498 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 375 tərbiyəçi-müəllim çalışacaq.

Həftənin ən çox oxunanları