Yeni ev alan 110 nəfərə ƏDV qaytarılacaq

Yeni ev alan 110 nəfərə ƏDV qaytarılacaq
01.02.2023 16:20
Aa
dəq

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV-nin geri alınması üzrə 110 müraciət vergi orqanı tərəfindən təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi - OMM" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən (DVX) bildirilib.

Rəsmi məlumata görə, bu günə qədər portal üzərindən ümumilikdə 1939 müraciət daxil olub: “110 müraciət vergi orqanı tərəfindən təsdiqlənib və yaxın zamanda vəsait vətəndaşların hesablarına köçürüləcək”.

Qeyd edilib ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin (30 faizinin) qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal hazırlanıb (https://new.e-taxes.gov.az/eportal/az/login/) və 21 noyabr 2022-ci ildən istifadəyə verilib. 

ipoteka ilə alındıqda fiziki şəxslərlə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər arasında alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilir. Bu zaman vəsaitin daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülür.

Alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı müvafiq e-qaimə fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin müvafiq qaydada əsas məbləği satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb etməlidir.

Həftənin ən çox oxunanları