Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yəmənli husilər İsrailə ballistik raketlərlə hücum etdi

1 dəq
Paylaş:
Yəmənli husilər İsrailə ballistik raketlərlə hücum etdi

Yəmən husilərinin nəzarətində olan "Əl-Məsirə" televiziyası husilərin İsrail hədəflərinə raketlər atdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.

Husilərin sözçüsü Sari açıqlamasında əməliyyatın İran, İraq, Livan və Fələstinə dəstək məqsədilə həyata keçirildiyini və məqsədinə uğurla çatdığını bildirib.

İsrail ordusu isə İsrail qüvvələrinin Yəməndən atılan raketi aşkarladığını və hava hücumundan müdafiə sistemlərinin onu zərərsizləşdirdiyini açıqlayıb.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax