Əsas məzmuna keç

Yaz fəsli bu tarixdə başlayacaq

Yaz fəsli bu tarixdə başlayacaq

2023-cü ildə yaz fəsli martın 21-də saat 01:24-də başlayacaq. Astrofizika Rəsədxanasının proqnozu.

2023-cü ildə yaz Azərbaycana 21 mart saat 01:24-də daxil olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Astrofizika Rəsədxanası məlumat yayıb.

Qeyd edilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək. ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarım kürəsində yaz fəsli başlayacaq.

Qeyd edək ki, şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 18:57-də bahar əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san., gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san. olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…