Türkiyənin milli müdafiə naziri Yaşar Gülər terror qruplaşmalarının fəaliyyət qabiliyyətini itirdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, Yalovada keçirilən yeni dəniz platformalarının açılış mərasimində deyib ki, Türkiyə ordusu hava və dənizdəki imkanlarını gücləndirməyə davam edir:
“Terrorla mübarizə ilə yanaşı, həm də sərhədlərimizin qorunmasına diqqət edirik”, - nazir söyləyib.