Yaponiyanı sarsıdan zəlzələlərdə ölənlərin sayının 48-ə yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb
Təcili yardım xidmətlərinin məlumatına görə, azı 50 nəfər xəsarət alıb.
İşikava prefekturasında 200-dən çox bina yanıb.
100-dən çox bina dağılıb, insanlar dağıntılar altında qalıb. Hadisə yerində xilasetmə qrupları və yanğınsöndürənlər işləyir, Yaponiyanın özünümüdafiə qüvvələri isə zəlzələnin nəticələrinə yardım edib.
Hadisə nətisində təxminən 60 min insan təxliyə edilib.