Operativ Məlumat Mərkəzi

Yaponiyada 6,6 maqnitudalı zəlzələ baş verib

1 dəq
Paylaş:
Yaponiyada 6,6 maqnitudalı zəlzələ baş verib
bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. ABŞ Geoloji Xidməti zəlzələni 6,9 maqnitudada qiymətləndirib. Zəlzələnin episentri...

Yaponiyanın Kyuysu adasının şərq sahilində Filippin dənizində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

ABŞ Geoloji Xidməti zəlzələni 6,9 maqnitudada qiymətləndirib.

Zəlzələnin episentri Miyadzaki prefekturasının yaxınlığında 30 km dərinlikdə yerləşib.

Zəlzələdən sonra Yaponiya hakimiyyəti Miyadzaki və Koti prefekturaları üçün sunami təhlükəsi elan edib. Hakimiyyət insanları dənizdən uzaq durmağa və sahil xəttindən uzaqlaşmağa çağırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər