Yaponiyanın cənub-qərbindəki Okinava prefekturasının sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir k, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
10 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı olmayıb.
Zəlzələnin Okinavanın Naqo, Uruma və Nanco şəhərlərində və qonşu Kaqoşima əyalətində hiss edildiyi qeyd edilib.