Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
27.06.2025 14:27
Aa
dəq

Yaponiyanın xarici işlər naziri Takesi İvaya ölkə vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi köməyə görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür məktubu göndərib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Yaponiya XİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

"Takesi İvaya Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova göndərdiyi məktubda Yaxın Şərqdəki cari vəziyyət fonunda Yaponiya vətəndaşlarının İrandan təxliyəsi zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib", - məlumatda bildirlib.

Həftənin ən çox oxunanları