Operativ Məlumat Mərkəzi

Yaponiya: "Şimali Koreyanın addımlarını yaxından izləyəcəyik"

1 dəq
Paylaş:
Yaponiya: "Şimali Koreyanın addımlarını yaxından izləyəcəyik"
bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu keçirdiyi mətbuat konfransında deyib. Matsuno bildirib ki, onlar Şimali Koreyanın...

Yaponiya Şimali Koreyanın nüvə və raket inkişaf proqramlarının ölkəsinin və dünyanın təhlükəsizliyini təhdid etdiyini və Şimali Koreyanın addımlarını yaxından izləyəcəklərini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu keçirdiyi mətbuat konfransında deyib.

Matsuno bildirib ki, onlar Şimali Koreyanın addımlarını, o cümlədən Panmuncom barışıq müqaviləsinin 70-ci ildönümünün qeyd olunmasını yaxından izləyəcəklər.

Matsuno, Şimali Koreya lideri Kim Çen In ilə Rusiya Müdafiə naziri Sergey Şoyqunun iyulun 27-də görüşləri ilə bağlı sualını cavabsız qoyaraq qeyd edib ki, “Yaponiya hökuməti Şimali Koreyanın hər addımını şərh etməkdən çəkinəcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər