Yaponiyanın baş naziri Fumio Kişida NATO sammitində iştirak etmək üçün Vaşinqtona səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi alyansla əməkdaşlığın gücləndirilməsi və Hind-Sakit Okean regionunda vəziyyəti müzakirə edəcəyini bildirib.
Kişida iyulun 10-11-də NATO sammitində iştirak edəcək, iyulun 12-14-də isə Almaniyaya səfər edəcək, Yaponiya-Almaniya sammitində və digər tədbirlərdə iştirak edəcək.
O qeyd edib ki, Yaponiyanın baş naziri artıq üçüncü ildir Şimali Atlantika Alyansının sammitində iştirak edib.