Əsas məzmuna keç

Yaponiya H3 daşıyıcı raketinin buraxılışını təxirə salıb

Yaponiya H3 daşıyıcı raketinin buraxılışını təxirə salıb

raketin buraxılışı yerli vaxtla saat 11:11-ə planlaşdırılsa da, sistemlərin nasazlığı səbəbindən buraxılış təcili ləğv edilib. Yaponiyanın Kosmos...

"Michibiki 5" naviqasiya peykini orbitə aparmalı olan H3 daşıyıcı raketinin buraxılışını son təxirə salıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Yaponiya mediasına istinadla xəbər verir ki, raketin buraxılışı yerli vaxtla saat 11:11-ə planlaşdırılsa da, sistemlərin nasazlığı səbəbindən buraxılış təcili ləğv edilib. Yaponiyanın Kosmos Agentliyi və digər müvafiq qurumları vəziyyəti araşdırır.

“Michibiki” smartfonlar, naviqasiya sistemləri və digər xidmətlər üçün GPS dəqiqliyini artırmaqdan ötrü hazırlanmış peykdir. hazırda Yaponiya üzərində orbitdə fırlanan və təkcə naviqasiyaya deyil, həm də rabitə siqnallarının olmadığı ərazilərdə zəlzələlərin təcili xəbərdarlığına kömək edən 5 peykdən ibarətdir.

Yaponiya hökuməti yer məlumatlarını təmin edə bilən 7 peykdən ibarət bir sistem yaratmaq niyyətindədir.

Qeyd edək ki, bu "Michibiki 5" peykini orbitə aparmalı olan H3 daşıyıcı raketinin buraxılışının 2-ci dəfə təxirə salınmasıdır. İlk buraxılış dekabrın 7-nə planlaşdırılsa da, raketin gövdəsinə quraşdırılmış ətalət alətində nasazlıq aşkar edildikdən sonra təxirə salınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…