Yaponiyanın Kansay aeroportuna doğru hərəkət edən altı təyyarə reysi, hava limanının qapalı zonasında şübhəli şəxs olduğuna görə digər aerodromlara yönləndirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Kansay hava limanının mühafizə olunan zonasına müdaxilə barədə məlumat alındıqdan sonra uçuş-enmə zolaqları təxminən bir saat bağlı qalıb. Bir müddət sonra şübhəli şəxs saxlanılıb, polis onu dindirib.
Bu müddət ərzində bir neçə reys isə ləğv edilib.