Operativ Məlumat Mərkəzi

Yağıntılı hava Bakı metrosuna təsir edib? - AÇIQLAMA

1 dəq
Paylaş:
Yağıntılı hava Bakı metrosuna təsir edib? - AÇIQLAMA
Güclü yağıntılarla əlaqədar Bakı Metropoliteninin bütün müvafiq infrastruktur gecə saatlarında nəzarətə götürülüb. Bu barədə "Operativ Məlumat...

Güclü yağıntılarla əlaqədar Bakı Metropoliteninin bütün müvafiq infrastruktur gecə saatlarında nəzarətə götürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, stansiyaların texniki zonasına daxil olan giriş-çıxış sahələri, xüsusən də Bakı Metropoliteninin açıq hava şəraitində yerləşən elektrik depolarının ərazisində müvafiq nəzarət mexanizmləri tətbiq olunub.

"Ümumiyyətlə Bakı metropoliteni gecə növbəsində səhərə qədər bütün infrastruktur yoxlanılır. Bununla belə, əlavə tapşırıqlar da verilib".

B. Məmmədova vurğulayıb ki, səhər saat 06:00-da Bakı Metropoliteni problemsiz fəaliyyətə başlayıb, hazırda da Bakı Metropolitenində problem müşahidə olunmur.

"Ümumiyyətlə, yağıntılı hava şəraitində ən çox tövsiyə oluna biləcək ictimai nəqliyyat məhz Bakı Metropolitenidir", - deyə o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər