Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə daha bir səlahiyyət verilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə daha bir səlahiyyət verilib
17.07.2024 13:40
Aa
dəq

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alınmadan dövlət informasiya ehtiyatları və sistemləri vasitəsilə elektron xidmətlərin göstərilməsinə yol verilməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsidqləyib.

Həmçinin elektron xidmətlər göstərən dövlət informasiya ehtiyatlarını və sistemlərini Dövlət Xidməti təhlükəsizlik meyarları üzrə monitorinq etməli, mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə audit aparmalıdır.

Həftənin ən çox oxunanları