Əsas məzmuna keç

Xüsusi notariusların istirahət günlərində xidmətlərinin dəyəri yeni qaydada hesablanacaq

Xüsusi notariusların istirahət günlərində xidmətlərinin dəyəri yeni qaydada hesablanacaq

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 13.02.2019-cu il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi notarius tərəfindən hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində aparılması Qaydası”na dəyişiklik edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Qərara əsasən, xüsusi notariuslarda xidmət haqqına dəyişiklik olunub. Belə ki, xidmətə sərf edilən bir əməyin Azərbaycan Respublikasında fəaliyyət göstərən notariusların cəminin əvvəlki il üzrə bir saatlıq orta gəlirlərinin (icbari ödənişlərin hesablanması üçün müəyyən edilən) Bakı şəhəri üzrə 0,3 mislinə, Sumqayıt, Gəncə şəhərləri və rayonu üzrə 0,2 mislinə, digər regionlar üzrə isə 0,15 mislinə bərabərdir.

Xüsusi notariuslar tərəfindən xidmətə görə haqqın məbləğinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən notariusların cəminin əvvəlki il üzrə bir saatlıq orta gəlirləri (icbari ödənişlərin hesablanması üçün müəyyən edilən) barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi tərəfindən hər ilin yanvar ayının 10-dək “Elektron notariat” informasiya sistemi vasitəsilə onlara göndərilir”.

Qeyd edək ki, bundan əvvəl xidmətə sərf edilən bir saatlıq əməyin dəyəri hər bir notariusun əvvəlki il üzrə bir saatlıq orta gəlirinin (icbari ödənişlərin hesablanması üçün müəyyən edilən) 2 mislinə bərabərdir.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 23 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 24 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 76 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…