Əsas məzmuna keç

Xocəsən-Biləcəri xəttində qəza baş verib, Bakının bəzi ərazilərində su kəsilib

Xocəsən-Biləcəri xəttində qəza baş verib, Bakının bəzi ərazilərində su kəsilib

bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, boru...

və Biləcəri qəsəbələri ərazisindən keçən magistral baş verən qəzanın aradan qaldırılması zamanı problemin daha geniş miqyas aldığı müəyyən edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, boru xəttinin üzərindəki torpaq təbəqəsi açılandan sonra qəzanın həcminin böyük olduğu aşkarlanıb.

Bu səbəbdən təmir işlərinin icra müddəti 8 mart tarixinə qədər uzadılıb.

Bu müddətdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlar, “Vorovski” qəsəbəsi və Nərimanov rayonunun bir hissəsində suyun verilişində fasilə yaranıb.

Qeyd olunub ki, sabah gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…