Əsas məzmuna keç

Xocalıda ANAMA əməkdaşı minaya düşdü

Xocalıda ANAMA əməkdaşı minaya düşdü

Muxtar kəndində baş verən partlayış zamanı Vasif Çobanov xəsarət alıb. Xəstəxanaya təxliyə edilən mütəxəssisin səhhəti və hadisənin təfərrüatları ilə tanış olun.

en ru

Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun kəndi ərazisində qeydə alınıb.

Bildirilib ki, ANAMA-nın əməkdaşı hadisə nəticəsində sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.

V.Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Hazırda vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…