Əsas məzmuna keç

Xızıda qadını öldürməkdə şübhəli bilinən şəxs saxılanılıb

Xızıda qadını öldürməkdə şübhəli bilinən şəxs saxılanılıb

bu barədə Xızı rayon prokurorluğu məlumat yayıb. Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində...

Xızıda qadın qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxılanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanılıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

İbtidai istintaq davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…