Əsas məzmuna keç

Xızıda partlayış olub

Xızıda partlayış olub

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Xızı rayonunda baş vermiş hadisəsi ilə bağlı başlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilir ki, aprelin 15-i saat 15 radələrində Xızı rayonunun qəsəbəsi ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.

Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə çıxaraq zəruri hərəkətlər aparıb və ilkin araşdırma zamanı müəyyən edilib ki, partlayışa səbəb Sumqayıt şəhər sakinləri - 1976-cı il təvəllüdlü Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olub.

Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai davam etdirilir.

19:01 ***

Xızı rayonunun Yaşma qəsəbəsində sursatın partlaması nəticəsində 2 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölənlər mülki şəxslərdir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…