19 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Azərbaycan XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüş zamanı, Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq əlaqələri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Tərəflər Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib və əlaqələrin geniş perspektivlərinin olduğunu bildiriblər. Bununla yanaşı, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Heydər Əliyev İli çərçivəsində yüksək səviyyədə keçirilmiş tədbirlərin xüsusi əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb.
Eyni zamanda, Azərbaycan tərəfi normallaşmanın digər istiqamətləri, belə ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqlarda, eləcə də nəqliyyat-kommunikasiyaların açılması prosesi üzrə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqlayıb
Oxşar xəbərlər
Xarici Siyasət
İlham Əliyev Monqolustan Prezidentinə təbrik məktubu göndərib
Xarici Siyasət
Azərbaycan XİN Monqolustanı milli bayramı münasibətilə təbrik edib
Xarici Siyasət
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xarici Siyasət
Azərbaycan üzərindən Rusiya–Ermənistan tranzit daşımaları davam edir
Eyni mövzuda
Daha çox: Xarici Siyasət
Foto
Xarici Siyasət
Özbəkistan Prezidenti Paşazadəyə yüksək dövlət ordeni təqdim etdi
Xarici Siyasət
Türkmənistan Bakıda yeni səfirlik tikir
Xarici Siyasət
İki ölkənin müdafiə qurumları kibertəhlükəsizlik üzrə əlaqələrin inkişafını müzakirə edib
Xarici Siyasət