XİN başçısı: “Yurdlarından didərgin salınmış azərbaycanlıların hüquqlarının nəzərə alınacağını gözləyirik”

XİN başçısı: “Yurdlarından didərgin salınmış azərbaycanlıların hüquqlarının nəzərə alınacağını gözləyirik”
13.09.2023 13:09
Aa
dəq

“Azərbaycan yurdlarından didərgin salınmış azərbaycanlıların hüquqlarının BMT orqanlarının dəstəyi ilə nəzərə alınacağını gözləyir. Bu, gerçək sül üçün mühüm əhəmiyyət kəsb edir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında çıxışı zamanı deyib.

O xatırladıb ki, 1987-1991-ci illər ərzində Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq 200 mindən çox azərbaycanlını öz yurdundan didərgin salıb: "Bütün Azərbaycan toponimləri Ermənistan tərəfindən yenidən adlandırıldı. Mədəni və tarixi irsimiz məqsədli şəkildə məhv edildi”.

C.Bayramov Azərbaycanın torpaqlarından qovulan azərbaycanlıların geri qaytarılması istiqamətində dialoqun aparılması ilə bağlı çağırışlarını Ermənistanın həmişə rədd etməsinə də diqqət çəkib: “Ermənistan hökuməti azərbaycanlıların fundamental hüquqları ilə bağlı bu təklifi mütəmadi olaraq rədd etdi. Bununla da İnsan Hüquqları ilə bağlı Bəyannaməni, Qaçqınlar və məcburi köçkünlərlə bağlı Konvensiyanı və digər vacib beynəlxalq aktları pozdu. Ermənistan bunlara - Azərbaycan vətəndaşlarına qarşı beynəlxalq insan haqları qanunlarını ciddi şəkildə pozduğuna görə beynəlxalq aləmdə cavab verməlidir”.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu