XİN başçısı: “İranla Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələri bərpa edəcəyimizə inanırıq”

XİN başçısı: “İranla Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələri bərpa edəcəyimizə inanırıq”
05.07.2023 16:58
Aa
dəq

“İranla Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələri bərpa edəcəyimizə inanırıq”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Araz koridorunun açılması ilə əlaqədar İran Prezidentinin göstərişi var: “Bu isə xüsusilə kommunikasiya sahəsində İran-Azərbaycan münasibətlərinin inkişafına ciddi təkan verəcək”.

Nazirin fikrincə, bu koridor Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinə önəmli təkan olacaq.

Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub.

“Biz cənab Prezident İlham Əliyevlə tarixi kommunikasiyaların davamı olaraq dəmiryolu nəqliyyatının tezliklə açılması barədə razılığa gəlmişik. Biz həmçinin regiondakı vəziyyətlə bağlı çox geniş müzakirələr apardıq”, - XİN başçısı söyləyib.

“İran və Azərbaycan xalqları demək olar ki, regionda ən çox ortaq məxrəcə malik olan xalqlardır. Biz anlaşılmazlıqları aradan qaldıraraq ölkələrimiz və xalqlarımız arasındakı müşətərək əlaqələri yenidən bərpa edə bilərik. Cənubi Qafqazdakı bütün problemlərin sülh və danışıqlar yolu ilə həll oluna biləcəyinə inanırıq”, - Hüseyn Əmir Abdullahiyan vurğulayıb.

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu