XİN başçısı: "Brüssel görüşü Azərbaycan-Ermənistan normallaşma prosesinin tərkib hissəsidir"

XİN başçısı: "Brüssel görüşü Azərbaycan-Ermənistan normallaşma prosesinin tərkib hissəsidir"
10.05.2023 11:00
Aa
dəq

"Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşündəki danışıqlar Azərbaycan-Ermənistan normallaşma prosesinin tərkib hissəsidir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Brüssel görüşünə Bakı və İrəvan arasında aparılan danışıqların bir hissəsi kimi baxılmalıdır: “Ümumilikdə prosesin baş verməsini müsbət qiymətləndiririk. Çünki bəzən müxtəlif səbəblər olur və danışıqlar prosesində fasilələr, yaxud da ləngimələr yaranır. Azərbaycan tərəfinin bu istiqamətdə yanaşması hər zaman davamlı və ardıcıldır. Biz danışıqlar prosesinin və normallaşmanın tərəfdarıyıq. Əfsus ki, vaxtaşırı Ermənistan tərəfindən qeyri-ardıcıl, ziddiyyətli yanaşma və fikirlər səslənir. Sülh danışıqları ilə bağlı da 6 aya yaxın fasilə olmuşdu. Daha sonra beynəlxalq vasitəçilərin rolu nəzərə alınmaqla yaxınlarda yenidən danışıqlar baş tutdu. Hesab edirik ki, bəlli fasilədən sonra liderlər səviyyəsində görüşün keçiriləcəyi ümumilikdə müsbət haldır, danışıq və nəticələri gözləməyə çox vaxt qalmayıb”.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu