XİN başçılarının “3+3” formatında növbəti görüşü gələn il Türkiyədə keçiriləcək

XİN başçılarının “3+3” formatında növbəti görüşü gələn il Türkiyədə keçiriləcək
23.10.2023 20:52
Aa
dəq

Xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib.

"Tərəflər razılaşıblar ki, iştirakçı ölkələrin hər biri müxtəlif sahələr üzrə milli ideyaları formalaşdıracaq xüsusi nümayəndə təyin edəcək. Daha sonra bütün bunları türkiyəli həmkarlarımız koordinasiya edəcək və nazirlərin ikinci toplantısına ev sahibliyi edəcəklər", - S.Lavrov qeyd edib.

Nazir gələn il keçiriləcək görüşə Gürcüstan tərəfinin də qatılacağına ümid etdiyini deyib.

Qeyd edək ki, bu gün İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüşü keçirilib. İclasda Türkiyə, Rusiya, İran, Ermənistan xarici işlər nazirləri Hakan Fidan, Sergey Lavrov, Hüseyn Əmir Abdullahiyan və Ararat Mirzoyan iştirak edib.

Gürcüstan da “3+3” formatına daxil olsa da, Tehran görüşünə qatılmayıb.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu