Dekabrın 5-də Rusiyanın Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Moskvada Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" İran mətbuatına istinadla xəbər verir ki, Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın xarici işlər nazirlərinin ikitərəfli görüşləri də nəzərdə tutulub.