Əsas məzmuna keç

Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıb

Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıb

Xaçmaz rayonunun Niyazabad kəndində Xəzər dənizinin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıb. Bu barədə "Operativ Məlumat...

rayonunun Niyazabad kəndində dənizinin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin ərazisinə keçirilməsinin qarşısı alınıb.

Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Niyazabad kəndində yerləşən sahil nəzarəti bölməsinin xidməti ərazisində ümumi çəkisi 205 kiloqram 135 qram müxtəlif çeşitli və 13110 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilərək götürülüb.

Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsində şübhəli bilinən üç nəfər Azərbaycan vətəndaşı sahilboyu ərazidə saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…