Əsas məzmuna keç

Xəzərdə narkotik vasitə aşkarlanıb

Xəzərdə narkotik vasitə aşkarlanıb

Dövlət Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Respublikasına gətirilməsinin qarşısı alınmışdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, aprel ayının 8-də Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində naməlum hədəf müəyyən təqib edilmişdir. Sərhəd gəmilərinin təqibindən yayınan hədəf İran İslam Respublikasının ərazi sularına geri qayıtmışdır.

Əraziyə baxış keçirilərkən qaçaqmalçılar tərəfindən dənizə atılmış bağlamada ümumi çəkisi 12 kq 450 qram nаrkоtik vasitə marixuana və 450 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülmüşdür.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…