Xəzərdə brokonyerlik edən şəxslər saxlanılıb

Xəzərdə brokonyerlik edən şəxslər saxlanılıb
26.07.2024 11:07
Aa
dəq

Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan 2 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, DİN və Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, qadağan olunmuş balıqovlama alətləri və qanunsuz ovladığı kefal balıqları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Su polisləri tərəfindən Xəzər dənizinin Bibiheybət qəsəbəsi istiqamətində həyata keçirilən tədbir zamanı isə həvəskar balıqçı adı altında qanunsuz balıq ovu ilə məşğul olan Rasim Nəciyev də saxlanılıb. Həmin şəxsdən “Yamaha” mühərriki ilə təmin olunmuş qayıq, qadağan olunmuş balıqovlama alətləri, qanunsuz ovladığı kefal və kütüm balıqları aşkarlanıb.

Araşdırma zamanı bu şəxslərin su bioresurslarından qanunsuz istifadə etmələri nəticəsində ekologiyaya 2000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Faktlarla bağIı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır.

"Bir daha nəzərə çatdırılır ki, hazırda balıqların kürü verən vaxtı olduğu üçün balıqovlama mövsümü sentyabr ayına qədər dayandırılıb. Bütün qadağalara baxmayaraq xüsusən körpə balıqların qanunsuz ovlanması hallarına hələ də rast gəlinməkdədir. Qeyd edilən qanunsuz əməllərə yol verən brokonyerlərə xəbərdarlıq edilərək bildirilir ki, onlar barəsində cinayət və inzibati qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək", - deyə məlumatda qeyd edilib.

Həftənin ən çox oxunanları

Hafiz Babalının həbs müddəti uzadıldı - FOTO

Hafiz Babalının həbs müddəti uzadıldı - FOTO
DAVAMIN OXU davamın oxu

Bakıda evdə partlayış olub, xəsarət alan var

Bakıda evdə partlayış olub, xəsarət alan var
DAVAMIN OXU davamın oxu

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb
DAVAMIN OXU davamın oxu

Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb

Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb
DAVAMIN OXU davamın oxu

FHN-nin təyyarəsi Türkiyədə meşə yanğını ilə mübarizəyə cəlb olunub - VİDEO

FHN-nin təyyarəsi Türkiyədə meşə yanğını ilə mübarizəyə cəlb olunub - VİDEO
DAVAMIN OXU davamın oxu