Əsas məzmuna keç

Xəzər dənizinə tullantı sularının axıdılması faktı müəyyən edilib

Xəzər dənizinə tullantı sularının axıdılması faktı müəyyən edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin...

Dövlət Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirləri zamanı SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin etilen-polietilen zavodundan tullantı suların torpaq kanal vasitəsilə Sumqayıtçaya, oradan da təmizlənmədən və zərərsizləşdirilmədən dənizinə axıdılması faktı edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, tullantı sularından götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə əsasən zərərli maddələrin miqdarının normadan artıq olduğu məlum olub.

Faktla bağlı zavodun direktoru Oqtay Niftəliyev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Nöqsanların aradan qaldırılması və tullantı sularının düzgün idarə olunması məqsədilə direktora məcburi göstəriş verilib.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…