Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
19.04.2024 13:56
Aa
dəq

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Milli Məclisin bugünkü plenar iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihədə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi süni torpaq sahəsi olaraq qeyd edilir.

Sənəddə süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət və müraciətə baxılması qaydaları öz əksini tapıb.

Bununla yanaşı, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, həmçinin süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunur.

Qanun layihəsi Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir.

Müzakirələrdən sonra yeni qanun layihəsi I oxunuşda qəbul olunub.

Həftənin ən çox oxunanları

M.Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verib

M.Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verib
DAVAMIN OXU davamın oxu

Parlament seçkilərinin müddəti önə çəkilə bilər - AÇIQLAMA

Parlament seçkilərinin müddəti önə çəkilə bilər - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

R.Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib

R.Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
DAVAMIN OXU davamın oxu

Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir

Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
DAVAMIN OXU davamın oxu

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
DAVAMIN OXU davamın oxu