Operativ Məlumat Mərkəzi

Xətaidə suyun verilməsində fasilə yaranıb

1 dəq
Paylaş:
Xətaidə suyun verilməsində fasilə yaranıb
Bakının Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranıb. "Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları...

Bakının Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, Xətai rayonu ərazisini içməli su ilə qidalandıran magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə bağlı aparılan işlər çərçivəsində rayonun bəzi ərazilərinə su verilməyəcək.

Qəzanın aradan qaldırılması işlərinin bu gün axşam saatlarında yekunlaşacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər