"Barselona"nın idman direktoru Deco klubun baş məşqçisi Xavinin gələcəyi ilə bağlı açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, idman direktoru bu barədə "FC Barcelona Noticias"-a danışıb.
"Xavi bizim məşqçimizdir, onun bu yaxınlarda uzatdığı müqaviləsi var. "Barselona" üçün komandanın yaxşı oynamadığı zaman söz-söhbətlərin olması normaldır. Futbol belədir. Ancaq klub baş məşqçi ilə müqaviləsini uzatdıqda, bunu mütəxəssisə etibar etdiyi üçün edir. Burada müzakirə ediləcək bir şey yoxdur".