Xarici media nümayəndələri və turoperatorlar Azərbaycanın ornitoloji turizm imkanları ilə tanış olub

Xarici media nümayəndələri və turoperatorlar Azərbaycanın ornitoloji turizm imkanları ilə tanış olub
14.11.2023 10:57
Aa
dəq

Azərbaycanın ornitoloji turizm üzrə potensialının təqdim olunması məqsədilə Azərbaycan Turizm Bürosu 8-13 noyabrda Böyük Britaniya, İsveç, Bolqarıstan və Cənubi Afrikadan olan media nümayəndələri və quş müşahidəsi üzrə ixtisaslaşmış turoperatorlar üçün tanıtım səfəri təşkil edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-' Dövlət Turizm Agentliyindən məlumat verilib.

Səfər zamanı xarici qonaqlar “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində quşların Qafqaz dağları ilə Xəzər dənizi arasında 90 km uzunluğunda keçid yolunu əhatə edən "darboğaz"ı ziyarət edərək payız miqrasiyasını müşahidə ediblər.

Bundan əlavə, Azərbaycanda əsas quş müşahidəsi əraziləri kimi tanınan Şirvan, Qızılağac, Hirkan Milli Parkları, Mahmudçala gölü, Varvara su anbarı, Xızı dağları, eləcə də digər ərazilərə səfərlər həyata keçirilib, Azərbaycanda mövcud olan nadir quş növləri müşahidə edilib.

Proqram çərçivəsində səfər iştirakçıları üçün ornitoloji turizmlə bağlı təqdimatlar, həmçinin B2B formatlı görüşlər təşkil olunub.

Dövlət Turizm Agentliyinin tabeliyində olan “Beşbarmaq” Dövlət Tarix və Mədəniyyət qoruğu və digər müvafiq ərazilərdə ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizm imkanlarının inkişaf etdirilməsi və təşviqi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Həftənin ən çox oxunanları

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
DAVAMIN OXU davamın oxu

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb
DAVAMIN OXU davamın oxu

Bakıda 5 ulduzlu hotellərin orta qiyməti 25 % artıb

Bakıda 5 ulduzlu hotellərin orta qiyməti 25 % artıb
DAVAMIN OXU davamın oxu

Bayram günlərində milli parkları ziyarət edən turistlərin sayı açıqlanıb

Bayram günlərində milli parkları ziyarət edən turistlərin sayı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Rusiya arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycan və Rusiya arasında turizm əlaqələri müzakirə olunub
DAVAMIN OXU davamın oxu