Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda səfərdədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir Tbilisidə gürcüstanlı həmkarı Maka Boçorişvili ilə görüşəcək.
XİN başçıları görüşdən sonra mətbuata birgə açıqlama ilə çıxış edəcəklər.
Ceyhun Bayramov gün ərzində Gürcüstan parlamentində də görüşlər keçirəcək.
***
Xarici işlər naziri Ceyhun Bayramov iyulun 22-də Gürcüstana rəsmi səfərə yola düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.