Operativ Məlumat Mərkəzi

Xankəndidə avtomat və qumbaralar aşkarlanıb

1 dəq
Paylaş:
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
Xankəndi şəhərində avtomat və qumbaralar aşkarlanıb Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki,...

Xankəndi şəhərində avtomat və qumbaralar aşkarlanıb

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Xankəndi şəhəri ərazisində 7 ədəd avtomat silahı, 2 tüfəng, 11 ədəd qumbara, 10 qumbara alışdırıcısı, 25 ədəd patron darağı, 2487 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər