Operativ Məlumat Mərkəzi

Xamenei: İran ABŞ ilə danışıqlar aparmayacaq

1 dəq
Paylaş:
Xamenei: İran ABŞ ilə danışıqlar aparmayacaq
bunu İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei deyib. “Bəzi vicdansız hökumətlər problemləri həll etmək üçün deyil, öz maraqlarını sırımaq üçün...

İran İslam Respublikası ABŞ ilə danışıqlara getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei deyib.

“Bəzi vicdansız hökumətlər problemləri həll etmək üçün deyil, öz maraqlarını sırımaq üçün danışıqlar aparırlar. İran İslam Respublikası, şübhəsiz ki, onların ümidlərini doğrultmayacaq”, – o, ABŞ Prezidenti Donald Trampın SNN telekanalının canlı yayımında Tehranın nüvə proqramı ilə bağlı danışıqları təklif edən məktubuna cavab olaraq İran rəsmiləri ilə görüşdə deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər