Azərbaycan-Qazaxıstan əlaqələri nə vəd edir?

Azərbaycan-Qazaxıstan əlaqələri nə vəd edir?
11.04.2023 12:16
Aa
dəq

Prezident İlham Əliyevin Qazaxıstana səfəri ikitərəfli və regional əlaqələr baxımından önəmli olmaqla yanaşı, qlobal müstəvidə də dövlətlərimizin maraqlarının təmin olunmasında, geosiyasi çəkilərinin daha da artmasında fikrimcə mühüm əhəmiyyət kəsb edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev deyib.

O qeyd edib ki, bu səfər zamanı ən yüksək səviyyədə səsləndirilən açıqlamalardan bəlli oldu ki, Orta Dəhlizin sözün hər anlamında mərkəzi dəhlizə çevrilməsi yolunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərdiyi səy və təşəbbüslər öz müsbət nəticəsini verəcək.

"Bundan başqa Qazaxıstan Azərbaycan üzərindən daha çox həcmdə neftin dünya bazarlarına çatdırılmasını planlaşdırır ki, o məsələdə də prinsipial razılığın əldə edildiyini görürük. Hətta mümkündür ki, gələcəkdə  Qazaxıstanın da istehsal etdiyi yaşıl enerjini eyni marşurutla, yəni Azərbaycandan keçməklə Qərbə çatdırılması məsələsi də reallaşdırılsın.

Çox sevindiricidir ki, Azərbaycanla Qazaxıstan arasındakı əlaqələr  Cənab Tokayevin prezident seçilməsindən sonra həm keyfiyyət, həm də kəmiyyət baxımından yeni bir mərhələ yaşayır. 

Deputat bildirib ki, ötən il biz iki ölkə arasında ticarət dövriyyəsinə diqqət yetirsək görərik ki, burada 2021-ci ilə nisbətən nə az, nə çox 5 dəfəyə qədər artım var.

"Ticarət dövriyyəsindəki bu artımla yanaşı, dövlətlərimiz arasında digər sahələrdə də sıx əməkdaşlığa baş vurulduğunu görürük. Cənab Tokayevin ötən ilin avqustunda Bakıda səfərdə olarkən imzalanan "Strateji tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı müttəfiqlik fəaliyyətinin dərinləşdirilməsi haqqında" Bəyannamənin  də adından göründüyü kimi bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi baş verir. 

Biz humanitar, mədəniyyət, hərbi-texniki sahədə də eyni yenilikləri görürürük. 

Mən Qazaxıstan paytaxtında böyük küçələrdən birinə bu il 100 iliyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin adının verilməsini də  çox yüksək qiymətləndirirəm. Bu, bur tərəfdən Ulu Öndərin Türk dünyası qarşısındakı xidmətlərinə, onun böyüklüyünə  qardaş qazaxların verdiyi qiymətdirsə,  digər tərəfdən xalqımıza və dövlətimizə bəslənən rəğbətin təcəssümüdür. Həmin küçənin açılış mərasimində Cənab Prezidentin də vurğuladığı kimi, Ulu Öndərin vəsiyyətlərindən biri də Türk dünyasının birləşməsi olub.

Şükürlər olsun ki, bu birləşmədə Azərbaycanın, onun Prezidenti cənab İlham Əliyevin müstəsna xidməti var. Məhz bu birləşmədə ən önəmli addımlar Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi zəfərdən sonra  başlayıb.

Məhz bu baxımdan, yəni Türk Birliyinin daha da möhkəmlənməsində də Prezidentimizin Qazaxıstana səfərinin az rol oynamayacağı düşüncəsindəyəm".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu