Azərbaycan və Qazaxıstan əlaqələrinin hazırkı və gələcək perspektivləri - ŞƏRH

Azərbaycan və Qazaxıstan əlaqələrinin hazırkı və gələcək perspektivləri - ŞƏRH
11.04.2023 15:37
Aa
dəq

Aprelin 10-da Prezident İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində iki ölkə arasında mühüm məsələlər müzakirə edildi, sənədlər imzalandı.

Prezidentin Qazaxıstana səfərini iki ölkə arasında münasibətlərin inkişafına mühüm tövhə verəcəyini bildirən politoloq Yeganə Hacıyevə "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında qeyd etdi ki, ölkələr arasında qarşılıqlı münasibətlər strateji əməkdaşlıq səviyyəsinə çatıb. Hər iki ölkənin imkanlarının birgə istifadəsi ilə ticarət, logistika, nəqliyyat və enerji sahələrində əməkdaşlığın inkişafı üçün yeni hüquqi bazanın işlənməsini nəzərdə tutacaq.

“Son illər hər iki ölkənin xarici siyasət, ticarət, iqtisadiyyat və nəqliyyat nazirliyi rəhbərlərinin iştirakı ilə bir neçə görüş baş tutub. Bu səfər isə yaxın perspektivlər üçün əsas prioritetlərin müəyyənləşdirilməsi, qarşılıqlı fəaliyyət və təşəbbüslərin ilkin mərhələsi kimi gələcək fəaliyyət planı və onun işlənməsi üçün vacibdir. İlkin şərtlər kimi iki ölkənin iqtisadiyyat, ticarət, investisiya qoyuluşu, nəqliyyat, o cümlədən bütün növ nəqliyyat və tranzit kommunikasiyaları sahələrində əməkdaşlıq potensialının tam reallaşdırılması üçün mövcud xəttlər və infrastrukturların birgə istifadəsi üçün razılaşmalar nəzərdə tuta bilər. Bunu həm də qısa müddətli fəaliyyət planının artıq işlənməsi mərhələsi də adlandırmaq mümkündür. Ümumilikdə isə bir cümlə ilə hər iki ölkə əlaqələrinin bütün əməkdaşlıq tarixində olduğundan ən yüksək səviyyəsinin bütün dünayaya nümayişi kimi dəyərləndirə bilərik”.

Qazaxıstan Avropa və Asiyanın dəmir yollarının birləşməsinin ən qısa variantı kimi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulmaqla yükdaşımalarda səmərəli şərtlər əldə etdiyini bildirən politoloq qeyd edib ki, qarşılıqlı faydalılıq əsasında həyata keçəcək təşəbbüs və birgə layihələrin regional və qlobal perspektivləri, ən əsası siyasi və digər risklərinin dəyərləndirilməsi baxımından vacibdir.

“Mövcud xəttlər və infrastrukturlardan bəhs edikdə qeyd edə bilərik ki, Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun imkanlarından, Türkiyə və Azərbaycanın beynəlxalq limanlarından, həmçinin, aparıcı faktor olduğumuz “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının fəal istifadə olunması müzakirə oluna bilər. Hər iki ölkə Mərkəzi Asiya mineral resurslarının Avropaya diversifikasiyasında səmərəli şərtlər əldə etməklə paralel, Avropa və Asiya arasında daşınmalarda vacib söz sahibi olmaq perspektivləri də görünür. Beynəlxalq nəqliyyat sisteminin inkişafı üçün vacib kompleks tədbirlərin görülməsi ilə marşrut boyu bütün ölkələrin iqtisadi inkişafına əhəmiyyətli təsir göstərəcək bu təşəbbüsün ilkin fazasında Azərbaycana birbaşa faydası haqqında danışsaq, Qazaxstan Çindən daşımaları Azərbaycan vasitəsilə həyata keçirməyi planlaşdırır. Bu gün beynəlxalq daşınmalarda BTQ infrastrukturundan istifadə edilməklə Türkiyə – Gürcüstan – Azərbaycan – Qazaxıstan – Rusiya – Türkmənistan – Özbəkistan – Qırğızıstan – Çin və  Avropa marşrutu üzrə həyata keçirilir. Qarşılıqlı faydalılıq əsasında həyata keçəcək təşəbbüs və birgə layihələrin regional və qlobal perspektivləri, ən əsası siyasi və diğər risklərinin dəyərləndirilməsi ilə vacibdir”.

“Son illər ölkələr arasında siyasi, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar əlaqələrin sürətlə inkişafı bu əməkdaşlığı yeni mərhələyə çatdırmaqla hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdırmasında yardımçı olacaq. Hər iki ölkə arasında tarixi əlaqələrdən kənarda aid olduğu regionlarda sülh və sabitlik, təhlükəsizlik və tərəqqinin bazası rolunu oynaya biləcək potensial mövcuddur. Ölkələr qarşılıqlı, faydalı əməkdaşlıq şərtlərində bu geniş iqtisadi potensialın birgə istifadəsi və inkşafında maraqlıdır. Qazaxstan və Azərabaycan Türkiyə ilə üçtərəfli əməkdaşlıqdan doğan imkanlar ölkələrin yerləşdiyi regionlar üçün vacib və bir o qədər də əhəmiyyətlidir. Belə ki, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya iqtisadi üçbucağı ölkələrinin iqtisadi imkanları Avropa ilə Çini birləşdirəcək bir dəhliz formalaşdırır”.

Məlik Məlikov

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu