"Son hadisələr anti-terror əməliyyatının tezliklə həyata keçiriləcəyini deməyə əsas verir"- ŞƏRH

"Son hadisələr anti-terror əməliyyatının tezliklə həyata keçiriləcəyini deməyə əsas verir"- ŞƏRH
11.04.2023 19:05
Aa
dəq

"Azərbaycanın davamlı şəkildə sülh çağırışlarına baxmayaq, Ermənistan tərəfinin provokasiyaları bir an olsun belə dayanmayıb". 

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq Tural İsmayılov bildirib. 

O qeyd edib ki, bu günə qədər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şantaj edir.

"Son dövrlər Paşinyan tərəfindən Azərbaycan əlehinə verilən açıqlamalar, müxtəlif provokativ bəyanatlar Ermənistanın yeni müharibəyə hazırlaşdığını söyləməyə əsas verirdi. Sonuncu olaraq Azərbaycan əsgərinə Laçında silah tuşlanması, şəhidlərimiz olması hesab edirəm ki, Ermənistana dəstək verən qüvvələrin Ermənistanla birlikdə növbəti təxribatlarından biridir. Bu hadisələrin baş vermə ardıcıllığı kifayət qədər maraqlıdır. Daha əvvəl Ermənistan sülhlə bağlı mesajlar verirdi. Lakin, Ermənistan ərazisində Avropa İttifaqının müşahidə missiyası adı altında Fransanın casus şəbəkəsi fəaliyyətə başladıqdan sonra vəziyyət daha da gərginləşməyə, qızışmağa başladı. Məhz, həmin missiyanın işə başlamasından sonra Ermənistan tərəfindən həm provokativ açıqlamalar verildi, həm şərti sərhəddə və digər bölgələrdə silah səsləri eşidildi". 

Şəhidlərimizin qanının yerdə qalmayacağını vurğulayan politoloq qeyd edib ki, tərəfimizdə dəfələrlə Ermənistanın yeni təxribatlara hazırlaşması ilə bağlı xəbərdarlıqlar edilirdi. 

"Azərbaycan şəhidlərinin qanı yerdə qalmayacaq. Ordumuz sonucu baş verən insidentlə bağlı Ermənistana layiq olduğu cavabı verəcək. Tərəfimizdən dəfələrlə Ermənistanın yeni təxribatlara, müharibəyə hazırlaşdığı ilə bağlı açıq mesajlar verilsə də, o mesajlara nəzər yetirilmirdi. Eyni zamanda, hesab edirəm ki, Xankəndidəki separatçıların ömrünün bitməyinə çox az qalıb. Çünki Azərbaycanın davamlı sülh çağırışlarına rəğmən biz görürük ki, Xankəndi və ətrafdakı tör-töküntülər təxribatlara davam edir, Xankəndidə Azərbaycan vətəndaşı olmalı olan erməni əsilli insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinə mane olmağa çalışır. Bütün baş verən hadisələr anti-terror əməliyyatı tez bir zamanda həyata keçiriləcəyini deməyə əsas verir".

Məlik Məlikov 

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu