Əsas məzmuna keç

WUF13 “Urban Expo” sərgisinin açılışı olub

WUF13 “Urban Expo” sərgisinin açılışı olub

Ümumdünya Şəhərsalma Forumu çərçivəsindəki tədbirə start verildi. Beynəlxalq ekspertlərin qatıldığı məkanda hansı innovativ həllər təqdim olunur? Detallar burada.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası () çərçivəsində mayın 18-də “Urban ” sərgisinin açılış mərasimi keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Anaklaudia Rossbaxın iştirakı ilə sərginin rəmzi açılışını bildirən lent kəsilib.

Xatırladaq ki, 3,5 hektar ərazini əhatə edən “Urban Expo” sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirir. Sərgi, həmçinin hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr, beynəlxalq qurumlar və özəl sektor nümayəndələrinin WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında fikir mübadiləsi aparması, təşəbbüslər irəli sürməsi və tərəfdaşlıq əlaqələri qurması üçün dinamik platforma rolunu oynayır.

“Urban Expo” iştirakçıları qlobal mənzil böhranı üzrə praktiki həll yolları ilə tanış edən immersiv sərgidir. Burada mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiya, müyəssərlik və inklüziv şəhərsalma sahələri üzrə böyük milli pavilyonlardan icma əsaslı təşəbbüslər və startap innovasiyalarına qədər müxtəlif yanaşmalar nümayiş olunur.

Eyni zamanda, yeni yaradılmış “Biznes və innovasiyalar mərkəzi” adlı platformada təmsil olunan 45 şirkət və 14 startap layihəsi də sərgidə yer alır.

“Urban Expo”-un mərkəzi elementi isə şəbəkələşmə, qeyri-rəsmi müzakirələr və qarşılıqlı ünsiyyət üçün nəzərdə tutulmuş 2,5 hektarlıq açıq hava məkanı - WUF13 Bulvarıdır. Burada iştirakçılar “Şəhər kitabxanası” və “Şəhər kinoteatrı”, eləcə də “WUF Akademiyası” kimi müxtəlif sərgi və proqram məkanları ilə tanış ola bilərlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…