Ağ Evin mətbuat katibi Karolin Levit bildirib ki, ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İranla razılığa gəlmək istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağ Ev mətbuat konfransının videosunu yayımlayıb.
Bildirilib ki, Levitdən Trampın İrana razılıq üçün verdiyi 10 günlük müddətin 6 aprel son tarix olması ilə bağlı sual ünvanlanıb.
Mətbuat katibi deyib: “O, növbəti 10 gün ərzində razılığa gəlmək istəyir. Vaxt azalır. Bir neçə gün qalıb... Görək həmin müddətdən sonra nə olacaq”.
Məlumata görə, rəsmi şəxsə Yaxın Şərqdə əlavə ABŞ qüvvələrinin artırılması ilə bağlı da sual verilib. Levitt cavabında bildirib ki, prezident “Epik Qəzəb Əməliyyatı”nın məqsədlərinə çatmağa fokuslanıb və Pentaqon baş komandan üçün mümkün qədər çox seçim üzərində işləyir.
Qeyd edilib ki, Tramp martın 30-da "Truth Social" platformasında paylaşım edərək ABŞ-nin “yeni, daha ağlabatan rejim”lə ciddi danışıqlar apardığını və “böyük irəliləyiş əldə edildiyini” bildirib.
O əlavə edib ki, əgər yaxın zamanda razılıq əldə olunmasa və Hörmüz boğazı açılmasa, İranın enerji infrastrukturu hədəfə alına bilər.