Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yunanıstanda "Qərbi Nil" virusu yayılır: Yoluxma və ölüm sayı artır

2 dəq
Paylaş:
Yunanıstanda "Qərbi Nil" virusu yayılır: Yoluxma və ölüm sayı artır

Virusun yeni ocaqları aşkarlanırYunanıstanda Nil virusuna yoluxma hallarının artması narahatlıq yaradıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, mətbuatının məlumatına görə, son olaraq Thiva xəstəxanasına şiddətli baş ağrısı şikayəti ilə müraciət edən 65 yaşdan aşağı şəxsdə aşkarlanıb.

Xroniki xəstəliyi olmadığı bildirilən pasiyentin vəziyyətinin stabil olduğu qeyd edilir.

Hadisədən sonra Orta Yunanıstan Regional İdarəsi tərəfindən təcili tədbirlər görülüb. Thiva ətrafında ağcaqanadlara qarşı hədəfli dərmanlama işlərinə başlanılıb.

Bölgədə ağcaqanadlarla mübarizə proqramının gündəlik rejimdə davam etdirildiyi bildirilir.

Yunanıstanın Milli İctimai Agentliyinin (EODY) məlumatına görə, cari ilin əvvəlindən avqustun 5-dək ölkə üzrə 65 Qərbi Nil virusu infeksiyası qeydə alınıb.

səbəbindən 65 yaşdan yuxarı 6 nəfərin həyatını itirdiyi bildirilir.

Yoluxma statistikasının əvvəlki illərlə müqayisədə artması da diqqət çəkir. Belə ki, 2023-cü ilin avqust ayına qədər ölkədə 35 yoluxma halı qeydə alınmışdı.

Mütəxəssislər Qərbi Nil virusunun əsasən ağcaqanadların dişləməsi yolu ilə yayıldığını və xüsusilə yaşlı insanların virusun ağır fəsadları baxımından daha riskli qrupda olduğunu bildirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Xəbəri sonuncu öyrənməyin

Aktual — pulsuz xəbər bildirişi

Yüklə