Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Şahdağda qarın hündürlüyü 1 metri keçdi

2 dəq
Paylaş:
Şahdağda qarın hündürlüyü 1 metri keçdi

Azərbaycanda kəskinləşib: Balakən-Şəki bölgəsində intensiv yağış, dağlıq ərazilərdə isə qar yağır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin 14 aprel saat 11:00-a olan rəsmi məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit davam edir.

Qar örtüyünün hündürlüyü Şahdağda 101 sm, Zaqatalada (Əlibəy) 36 sm, Qaxda (Sarıbaş) 34 sm, Xaltan və Qrızda 18 sm, Xınalıqda 12 sm təşkil edir. Həmçinin Şahbuz və Qusarda (Laza) 6 sm, Kəlbəcərdə 2 sm, Lerik, Laçın və Şuşada 1 sm qar alınıb.

Düşən yağıntının miqdarı Qəbələdə 32 mm, Oğuzda 28 mm, Sabirabadda 23 mm, Şəkidə 22 mm, İsmayıllıda (İvanovka) 18 mm, Ağsu və Balakəndə 16 mm, Şamaxı və Biləsuvarda 13 mm, Neftçala və Lerikdə 11 mm olub.

Şirvan, Qobustan, Xızı və Göyçayda 10 mm, İmişlidə 9 mm, Gədəbəy və Culfada 8 mm, Ordubad, Quba və Astarada 7 mm, Ağdam, Mingəçevirdə 6 mm, Lənkəran, Yardımlıda 5 mm qeydə alınıb.

Bakıda və yarımadasında, eyni zamanda Beyləqan, Daşkəsən və Naxçıvanda 4 mm, Göygöl, Goranboy, Kürdəmir və Zərdabda 3 mm, Şərur, Sədərək, Tərtər, Bərdə, Yevlax və Xaçmazda 2 mm yağıntı düşüb.

Digər ərazilərdə – Gəncə, Naftalan, Şabran, Cəbrayıl, Qubadlı, Xankəndi, Xocalı və Füzulidə isə yağıntının miqdarı 1 mm-dək qeydə alınır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax