Vüsal Qasımlı: "Xankəndi və ətrafının inkişafı üçün yeni imkanlar açılıb"

Vüsal Qasımlı: "Xankəndi və ətrafının inkişafı üçün yeni imkanlar açılıb"
17.10.2023 14:33
Aa
dəq

Prezident İlham Əliyev Xankəndidə Dövlət Bayrağını qaldırdıqdan sonra bölgənin inkişafı üçün yeni imkanlar açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

"Xüsusən də bölgənin, o cümlədən, Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərənin reinteqrasiya prosesi iqtisadi qüdrətə malik Azərbaycan dövlətinin imkanları hesabına həyata keçiriləcək. Xərclər-buraxılış modeli əsasında hesablamalarımız göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda yatırılan hər bir manat vəsait ümumi iqtisadiyyat üzrə iki manat buraxılış yaradır. Separatçı rejimin yaratdığı “boz sahə”də təbii resursların - su, torpaq, meşə və faydalı qazıntların ətraf mühitə ziyan vuraraq istismarı, həmçinin ölkəmizə qarşı ekoloji terror, xüsusən də su terroru dayandırılıb. Cənab Prezidentin qeyd etdiyi kimi Qarabağ və Şərqi Zəngəzurun “yaşıl zona” yanaşmasına uyğun olaraq BMT-nin davamlı inkişaf məqsədlərinə uyğun şəkildə ərazinin bərpası təmin ediləcək", - deyə o qeyd edib.

"Yeri gəlmişkən, vaxtilə “boz zona” sayılan ərazinin minalardan və partlamamış silah-sursatdan təmizlənməsi və narkotik plantasiyalarının ləğvi həyata keçiriləcək. Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərənin reinteqrasiyası ərazidə yaşıl energetika, kənd təsərrüfatı, dağ-mədən sənayesi, tikinti materialları və ərzaq sənayesi və turizmin inkişafı üçün yeni imkanlar yaradır. Bu ərazinin reinteqrasiyası nəqliyyat-logistika və komunal infrastruktur xəritəsini yenidən şəkilləndirəcək. Belə ki, Aran Qarabağ və Kəlbəcər-Laçın, eyni zamanda Gəncəbasar ilə Arazboyu bölgələr arasında müvafiq olaraq Şərq-Qərb və Şimal-Cənub vektorları boyunca dəmir yolu, avtomobil yolu, elektrik, su, qaz, fiber-optik və s. komunal xətlər daha səmərəli şəkildə təmin ediləcək. Bir sözlə, Azərbaycan bölgəyə yeni həyata gətirməklə və “Böyük Qayıdış”ın əhatə dairəsini genişləndirməklə davamlı və inklüziv inkişafı təmin etmək əzmindədir", - deyə sədr əlavə edib.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu