Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ÜST İranda tibb müəssisələrinə edilən hücumları təsdiqlədi

2 dəq
Paylaş:
ÜST İranda tibb müəssisələrinə edilən hücumları təsdiqlədi

Yaxın Şərqdə artan münaqişə fonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İrandakı tibb müəssisələrinə barədə məlumat verərək, onların pozduğunu və ictimai sağlamlığı təhdid etdiyini qeyd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, İrandakı Pasteur İnstitutu ciddi ziyana uğrayıb və tibbi xidmətlər göstərməyə davam edə bilmir.

Qeyd olunub ki, 29 martda baş verən hücum Delaram Sina Psixiatriya Xəstəxanasına ciddi ziyan vurub, xərçəng və dağınıq sklerozun müalicəsi üçün dərman istehsal edən Tofiq Daru Mərkəzinə 31 martda baş verən başqa bir hücumda ziyan dəyib. Bu hadisələr nəticəsində heç bir itki qeydə alınmayıb

Həmçinin əlavə olunub ki, 1 martdan bəri ÜST İranda səhiyyə müəssisələrinə 20-dən çox hücumu təsdiqləyib və nəticədə bir yoluxucu xəstəlik işçisi və İran Qızıl Aypara Cəmiyyətinin üzvü də daxil olmaqla ən azı doqquz nəfər həlak olub.

"İranda və regionda baş verən münaqişə səhiyyə xidmətlərinin göstərilməsinə və tibb müəssisələrində səhiyyə işçilərinin, xəstələrin və mülki şəxslərin təhlükəsizliyinə təsir göstərir. Sülh ən yaxşı dərmandır”, - məlumatda deyilir.

İranın daha əvvəl ABŞ-İsrail hücumları nəticəsində Pasteur İnstitutuna ciddi ziyan dəydiyini bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax