Vout Faes: Azərbaycan ilə sabahkı matçda daha ciddi olmalıyıq

Vout Faes: Azərbaycan ilə sabahkı matçda daha ciddi olmalıyıq
18.11.2023 18:49
Aa
dəq

Bakıda keçirdiyimiz matç asan olmadı. Amma həmin oyunda hansı məqamlarda səhvlər etdiyimizi analiz etmişik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Belçika millisinin futbolçusu Vout Faes Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.

25 yaşlı müdafiəçi Azərbaycan millisinə qarşı oyunda çıxış edəcəyinə görə çox xoşbəxt olduğunu bildirib: “Onlar İsveç komandasına 3:0 hesabı ilə qalib gəldilər. Bu, məni çox təəccübləndirmədi. Rəqiblə meydanda səfərdə keçirdiyimiz oyundan daha ciddi olmalıyıq. Ümid edirəm ki, mən də öz növbəmdə yaxşı oyun nümayiş etdirəcəyəm”.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Həftənin ən çox oxunanları

Minifutbol üzrə dünya çempionatı 2025-ci ildə Bakıda keçiriləcək

Minifutbol üzrə dünya çempionatı 2025-ci ildə Bakıda keçiriləcək
DAVAMIN OXU davamın oxu

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb
DAVAMIN OXU davamın oxu

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu