Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen İrana qarşı sanksiyaların ləğvi ilə bağlı mövqeyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə Berlində çıxışı zamanı danışıb.
Bildirilib ki, fon der Leyen İrana qarşı sanksiyaların ləğvi üçün hələ tez olduğunu deyib.
Qeyd olunub ki, onun sözlərinə görə, bu sanksiyalar İran hakimiyyətinin öz əhalisinə qarşı siyasəti səbəbindən tətbiq edilib.
Məlumata görə, Avropa Komissiyasının rəhbəri İranda fundamental dəyişiklik olmadan sanksiyaların aradan qaldırılmasının mümkün olmadığını vurğulayıb.
Bildirilib ki, o, yalnız ciddi islahatlar və dəyişikliklərdən sonra bu məsələnin yenidən nəzərdən keçirilə biləcəyini qeyd edib.