Operativ Məlumat Mərkəzi

Voleybolçu qızlardan ibarət Azərbaycan millisi Ukraynaya məğlub olub

1 dəq
Paylaş:
Voleybolçu qızlardan ibarət Azərbaycan millisi Ukraynaya məğlub olub
Şahin Çatmanın rəhbərlik etdiyi komanda Ukrayna ilə qarşılaşıb. Oyun yığmanın 0:3 (12:25, 6:25, 10:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Təmsilçimiz...

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında üçüncü oyununa çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Ukrayna ilə qarşılaşıb.

Oyun yığmanın 0:3 (12:25, 6:25, 10:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Təmsilçimiz əvvəlki iki matçda Estoniya və Latviyaya da eyni hesabla uduzub.

U-20 sabah Litva, yanvarın 7-də isə Polşa milliləri ilə münasibətləri aydınlaşdıracaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər