Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri üçün Dövlət Sərhəd Xidmətinə (DSX) səfər reallaşıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbir nazirliyin 2026-cı il üçün təsdiqlənmiş fəaliyyət planı çərçivəsində baş tutub.
Səfərdə 18 ölkəni təmsil edən 26 hərbi attaşelik nümayəndəsi iştirak edib. Proqram çərçivəsində qonaqlara DSX-nin fəaliyyəti ilə bağlı ətraflı məlumat təqdim olunub. Bundan əlavə, hərbi nümayəndələr "Siyasi repressiya qurbanları" muzeyini ziyarət ediblər.